Ermənistanda rəsmi statistikaya görə bu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsində spirtli içkilərin həcmi 27,7 faiz azalıb. Bu kəskin azalma ölkənin Avrasiya İqtisadi İttifaqına (AAİ) üzv olduqdan sonra baş verib. Spirtli içkilərin ixracı keçən il 23 milyon dollar azalıb. Əvvəllər Rusiya bazarında erməni konyakının satışı 80 faiz təşkil edirdi.
Erməni ekspertlər bunu faciəvi hədd adlandırıb və deyiblər ki, əvvəllər 165 milyon dollar həcmində ticarət olduğu halda, indi bu rəqəm tamamilə azalıb. Bu, azalma Rusiyadakı böhranlı vəziyyətlə bağlıdır. Rusiyada əhalinin alıcılıq qabiliyyəti tamamilə azalıb. Bizim şimal qonşumuzda vəziyyətin sonrakı pisləşməsi konyakın ixracında düşməsinə yenə təsir edəcək və bu, dərin böhran yaradacaq.
İqtisadçıların fikrincə, Avrasiya İqtisadi İttifaqına üzv olmaq Ermənistanın iqtisadiyyatı üçün böhran və dərin tənəzzül yaradıb. Ölkənin milli valyutası dəyərini itirir. Ermənistanda Rusiya rublu da il ərzində 1,6 dəfə zəifləyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.