"TV 8" kanalının sahibi Acun Ilıcalı Hülya Avşar ilə birlikdə axşam yeməyi yeyib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, onların paylaşdığı video böyük marağa səbəb olub. Görüntüdə Hülya ilə Acunun iş yeməyində olduğu anlaşılıb.
Avşarın “Biz yenə bir-birimizə girmiş vəziyyətdəyik” sözlərinə Ilıcalı “Çox yaxşı yola gedirik” cavabını verib.
Aparıcı “İndiyə qədər Hülyanın qəlbini qırmamaq üçün əlimdən gələni etmişəm. Bu gün onunla daha sərt danışmalı oldum. Buna görə bir az inciyib” deyərək, zarafat edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.