Aktrisa Beren Saat qayınanası Serpil Doğulunu sosial mediada izləmədən çıxarıb.
Axşam.az-ın məlumatına görə, buna səbəb ikili arasında yaşanan gərginlik olub.
İddialara görə, aktrisa və qayınanası arasında marketdə mübahisə yaranıb. Ardınca serial çəkilişinə yollanan Saatın səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Bu gün isə Beren S.Doğulunu izləmədən çıxarıb.
Qeyd edək ki, aktrisa və həyat yoldaşı Kənan Doğulu da bir müddətdir problemlər yaşayırdı və onların boşanacağı deyilirdi. Lakin onlar ayrılıq xəbərlərinin yalan olduğunu bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.