Rusiyalı məşhur Alyona Vodonova bir müddət əvvəl ərə getdiyi dj sevgilisi Aleks Kosinusla ayrılıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük iki aydır ayrılıb və ayrı evlərdə yaşayır.
36 yaşlı Aleks Sankt-Peterburqa qayıdıb. O, arvadı Vodonova ilə ayrılması haqda sualları cavabsız qoyub. Aparıcı və dicey hazırda dost münasibətlərini saxlamağa çalışır. Cütlüyün yaxınları bildirib ki, onların ayrılmasına heç bir qalmaqallı hadisə səbəb olmayıb.
Qeyd edək ki, Aleks 2017-ci ildə Alyonaya evlilik təklifi edib. Həmin ilin sentyabrında onlar ailə qurublar. Onlar həm Sankt-Peterburqda, həm də Las-Veqasda toy etmişdilər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.