22 yaşlı model Kendal Cenner Avstraliyada məşhur bir mağazanın açılışına qatılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, modelin 24 saat içində bank hesabına 500 min dollar ödənilib. O, bir açılışa qatılmaq üçün bu qədər qonorar alıb.
Hesablamaya görə Cenner saatda 21 min, dəqiqədə isə 350 dollar qazanır.
Qeyd edək ki, "Forbes"in açıqlamasında Kendall braziliyalı həmkarı Jizel Bunxeni geridə qoyub. Onun illik gəliri 22,5 milyon dollar olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.