Müğənni Sinan Akçıl ilə Burcu Kıratlının boşanmağa hazırlaşdığı iddia edilib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, dekabrda Amsterdamda nikah masasına oturan cütlüyün artıq ayrı evlərdə yaşadıqları bildirilib.
Onların xoşbəxtliyinin 100 gün çəkdiyi deyilib. "2. Sayfa" proqramında xəbər verilib ki, Kıratlı əri Akçılın bir müsahibədə keçmiş sevgilisi Hadisədən danışmasına əsəbiləşib.
Bundan əvvəl də qısqanclıq ucbatından aralarında mübahisə yaşayan cütlük ortaq məxrəcə gələ bilməyib. Sinanın boşanmaq üçün məhkəməyə ərizə verməsi üçün vəkilinə tapşırıq verdiyi də iddialar arasında yer alıb.
Məsələyə münasibət bildirən müğənni iddiaların yalan olduğunu söyləyib:
"Hər ailə həyatında xoşagəlməz anlar yaşana bilər. Amma Burcuyu köhnə həyatımdan danışıb narahat etmərəm. Elə bir müsahibəm olmayıb. Ortada ciddi bir evlilik olduğu vaxtda, keçmişdən danışmaq məni də, Burcuyu da incidər. Biz yayda toy etməyi düşündüyümüz ərəfədə belə xəbərlərin yayılması xoş deyil. Mən də Burcuyu çox qısqanan biriyəm. Xırda mübahisələr münasibətlərin duzu-istiotudur".
Qeyd edək ki, Sinan ilə Hadisə 3 il əvvəl eşq yaşayıb və ayrılıb
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.