Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva imicində dəyişiklik edib.
Axşam.az xəbər verir ki, o, qara rəngdə olan saçlarını sarı və açıq şabalıdı çalarlarla əvəzləyib.
Musayeva yeni görüntüsünü sosial media hesabında paylaşıb. Onun fotoları müzakirələrə səbəb olub. Günayın üzündəki dəyişiklik izləyicilərin də diqqətindən qaçmayıb. Hər kəs modelin üzündə plastik dəyişikliklər etdirdiyini yazıb. Onun yanaqlarının doldurulması, dodaqlarında dəyişiklik etməsi diqqət çəkib.
Musayeva yazılan tənqidlərin qarşısını almaq üçün şərh bölümünü bağlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.