Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya gedib
Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının ikinci beynəlxalq konfransında iştirak edir.
Nazirlikdən "Report"a verilən məlumata görə, tədbir zamanı nümayəndə heyətləri yarışların şərtləri və qaydalarını müzakirə edir, eləcə də müsabiqənin təşkil olunacaq ərazilərə baxış keçirirlər.
Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.
“Beynəlxalq ordu oyunları - 2019” yarışlarının bu ilin avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.