TV8-in rəhbəri Acun Ilıcalı, müğənnilər Seda Sayan və Murat Boz Mayamidə biraraya gəliblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Murat bir neşə gün öncə Acunun dəvəti ilə Dominikana getmişdi. Ordan isə birlikdə Mayamiyə uçublar. Seda Sayan oğlu Oğulcanla birlikdə onlara qatılıb.
Məşhurlar sürət qayığı ilə gəzintiyə çıxıblar. Seda həmin anları İnstaqram səhifəsində paylaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.