"People" jurnalı Amerikalı aktrisa və prodüser Cennifer Qarneri dünyanın ən gözəl qadını seçib.
Axşam.az xarici mətbuata istiadən xəbər verir ki, bu münasibətlə o jurnalın xüsusi buraxılışının üz qabığında çəkilib.
Jurnala müsahibə verən aktrisa həyatı ilə bağlı maraqlı məqamları açıqlayıb.
"Gəncliyimdə özümü cazibədar hesab etmirdim. Valideynlərim də heç vaxt gözəl olduğumu söyləməyiblər. İndi də idman üslubunda geyinirəm, düzgün makiyaj etməyi bacarmıram" deyə, aktrisa bildirib.
Özünü ən çox fotosessiyalardan sonra cazibədar hesab etdiyini deyən aktrisa uşaqlarının onun makiyajlı halını sevmədiyini dilə gətirib:
"Evə gələn kimi uşaqlar üzümü təmizləyib, saçlarımı toplamağı xahiş edirlər. Bunu kompliment olaraq qəbul edirəm. Çünki, onlar məni sadəcə ana olaraq görmək istəyirlər”.
Qeyd edək ki, 3 uşaq anası olan Cennifer 2005-ci ildə aktyor Ben Affleklə evlənsə də, bu nikah 2017-ci ildə pozulub.
"People" jurnalı 2018-ci ildə müğənni Pinki dünyanın ən gözəl qadını seçmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.