Məşhur model və aktrisa Çağla Şikel tədbirlərdən birində müxbirlərlə söhbət edib.
Axşam.az xəbər verir ki, o, bədən quruluşu üçün bir çox yeməkdən imtina etdiyini deyib.
"Həyatım boyunca qazlı içki içməmişəm. Ayran və su mənim üçün vazgeçilməzdir. Hazır paketlənmiş qidaları da yemirəm" deyə, model bildirib.
Çağla aylıq 200 min lirə qazanması ilə bağlı sualı da cavablandırıb.
"Qazancım sosial şəbəkələrdə hamının dilinə düşüb. Mən anadan doğulanda bu qədər qazanmamışam. Çox əziyyət çəkmişəm, çalışmışam və indi də əməyimin qarşılığını da alıram. Onlar da çalışıb, qazansınlar" deyə aktrisa bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.