banner
banner

Hərbİ

Müdafiə naziri: "Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir"

Müdafiə naziri: "Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir"

"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə, Azərbaycan Ordusunda həyata keçirdiyi islahatlar nəticəsində bu gün Ordumuzun xidməti fəaliyyəti və döyüş qabiliyyəti ən yüksək səviyyədədir".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun xidməti döyüş fəaliyyətindən, onun inkişafından, aparılan islahatlardan günlərlə danışmaq olar: "Azərbaycan inkişaf edir. Təbii ki, ölkəmizin hərbi sahəsi də günü-gündən inkişaf edir. Ordumuz ən müasir silahlarla təchiz olunub. Ən əsası Azərbaycanın əsgərindən tutmuş generalına kimi hamıda böyük vətənpərvərlik və yüksək əhval-ruhiyyə var. Onlar hər zaman Ali Baş Komandanın əmrini icra etməyə qadirdirlər".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.