banner
banner

Hərbİ

Türkiyə Ordusunun polkovniki: Azərbaycanla birgə taktiki təlimlərin məqsədi ortaq çalışmaqdır

Türkiyə Ordusunun polkovniki: Azərbaycanla birgə taktiki təlimlərin məqsədi ortaq çalışmaqdır

Azərbaycanla birgə taktiki təlimlərin məqsədi ortaq çalışmaqdır.

Trend-in məlumatına görə, bunu Bakıda təşkil olunan "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimlərində iştirak edən Türkiyə qrupunun rəhbəri polkovnik Murat Dirik söyləyib.

Onun sözlərinə görə, təlimlər iki ölkə hərbçilərinin birgə çalışması, qarşılıqlı anlaşmanın təmin olunması və hərbi texnikanın mənimsənilməsi baxımından çox faydalıdır: "Bura motorlu piyada bölüyünün 85 nəfərlik heyətilə gəlmişik. Azərbaycan Silahlı Qüvvələrinin bizə göstərdikləri diqqətdən son dərəcə məmnunuq. Bu bizim dostluq və qardaşlığımızın dərin köklərə bağlı olmasının göstəricisidir".

Azərbaycan tərəfindən təlimin rəhbəri olan polkovnik İlqar Lətifov isə deyib ki, təlimin mövzusu hər iki dövlətin ordusunun taktiki qrupların dərinliklərinə irəliləyərək, müdafiə olunan düşmənin üzərinə hücuma keçərək, onun darmadağın edilməsi, yüksəklik və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

 

Qeyd edək ki, mayın 1-dən etibarən Azərbaycan ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirilir. Taktiki təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğuları, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub.

Təlimlər bu gün başa çatacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.