“Estee Lauder”in siması, “Givenchy”, “Victoria`s Secret” moda şoularının ulduzu Coan Smols insan səhhətindəki hansısa problemin arzuların üzərindən xətt çəkməyə səbəb olmadığını sübut etdi.
Möhtəşəm bədən quruluşu olan 26 yaşlı model bütün nail olduqlarını sağlam qidalanma, idman və döyüşkən ruhuna borcludur. 14 yaşı olanda həkimlər ona aşağı və yuxarı hissələrin skolyozu diaqnozunu qoymuşdu: “Rentgen görüntülərində gördüyüm kabus idi. Hətta nə qədər ağlamışdım. İnana bilmirdim ki, bədənimin daxilində belə bir şey baş verir”.
Ancaq Coan ruhdan düşmədi, əksinə, daha da böyük uğurlar əldə etmək üçün çalışdı. Müalicəvi fiziki hərəkətlər etməyə başlayan Coan 17 yaşında əzələlərini gücləndirmək üçün boksa yazıldı.
“Cavan olanda arıqlığımdan utanırdım. Kök görünmək üçün həmişə qalın corab geyinirdim. İnsanlar elə düşünür ki, əgər mən belə arığamsa, deməli zəifəm. Halbuki mən çəngəli qaldıra bilirəm. Mənim karyeram necə görünməyimdən asılıdır. Əgər işdə çox qalmaq istəyirəmsə, özümə yaxşı baxmalıyam”.
Çox pəhrizlər saxlamayan Coan səhər yeməyinin ən vacib rasion olduğunu deyir: “Səhər yeməyi ən vacib qida rasionudur, bütün günü enerji verir. Səhərlər qayğanaq, giləmeyvəli yoqurt yeyirəm, portağal şirəsi içirəm. Hər iki-üç saatdan bir nələrsə yeyirəm. Faydalı olmasına diqqət edirəm. Tərəvəz xoşlamıram, ona görə onların suyunu hazırlayıb içinə alma, ya da ananas əlavə edirəm.
Puerto Rikonun mətbəxini çox bəyənirəm. Qırmızı lobya ilə düyüdən dadlı heç nə yoxdur. Az porsla, hər şey yeyə bilərsiz.
Coan Smols fitneslə bağlı bəzi məsləhətlər də verib: “Mən daha çox press edirəm. Model üçün çox vacibdir.
Yeni idman hərəkətləri edin. İnsanlar həftələrlə eyni hərəkəti edir və sonda niyə bir dəyişiklik olmadığına təəccüblənirlər.
Belinizdə heç bir probleminiz olmasa da, bel əzələlərini mütləq gücləndirin. Digər bədən üzvlərinin hərəkəti gec, ya tez belə ağırlıq yükləyib ağrıdacaq.
Məşqin başlamasını oturaraq gözləməyin. Qaçın, ya da tullanın”.


