Naxçıvan Qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib
Naxçıvan Qarnizonunda tabor, divizion komandirləri və onların müavinləri ilə növbəti təlim-metodiki toplantı keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıya cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, gecə şəraitində sürücülük və atəş bacarıqları yoxlanılıb.
Müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər. Dörd gün davam edən toplantının sonunda tabor, divizion komandirləri və onların müavinlərinə döyüş atışlı tabor taktiki təliminin planlanması, hazırlanması, keçirilməsi, təlim zamanı bölmələrin və atəşin idarə edilməsi metodikası praktiki olaraq göstərilib.
Təlimdə yaranmış əməliyyat şəraitinə əsasən, motoatıcı taborun düşmənlə bilavasitə təmas vəziyyətindən hücuma keçərək şərti düşməni məhv etməsi praktiki yerinə yetirilib. Piyadaların döyüş maşınlarının, top və minaatanların, tank əleyhinə qurğuların, müasir idarəetmə vasitələrinin də cəlb edildiyi təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.