Qarabağ qaziləri Türkiyə prezidenti ilə görüşdülər
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Samsunq şəhərində olan Qarabağ qaziləri və Birliyin rəhbərləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər. Bu barədə Birliyin rəhbəri Emin Həsənli musavat.com -a məlumat verib.
Emin Həsənli deyib ki, rəhbərlik etdiyi təşkilatın təmsilçiləri və Qarabağ qaziləri Atatürkü anma, gənclik və idman bayramı münasibəti ilə Türkiyədə səfərdədir: "Böyük Atatürk tərəfindən Qurtuluş savaşının 19 may 1919-cu ildə SAMSUNdan başladılmasının 100 illiyini qeyd edən Türkiyənin ən əziz qonaqları sırasında Qarabağ qaziləri də var. Burada qazilərimizə yüksək diqqəti görürük. Türkiyə prezidenti Tayyib Ərdoğanla görüş də bu yüksək diqqətin nəticəsidir. Görüş isti keçdi, Türkiyə prezidentinə təşkilatımız və qazilərimiz haqda məlumat verdik, simvolik hədiyyələr təqdim etdik. Səfərimuz davam edir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.