Məşhur aktyor Tom Kruzun keçmiş həyat yoldaşı, aktrisa Keti Holms, müğənni Stinq və skripkaçı Coşua Bell "Skin Cancer Foundation” tərəfindən təşkil edilən dəri xərçəngi ilə mübarizəyə həsr olunmuş xeyriyyə tədbirinə qatılıblar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gecənin ulduz qonaqları sağlam həyat tərzini təbliğ edən təşkilatlardan birinin mükafatlandırma mərasimində də iştirak ediblər.
Öz məşhur kompozisiyalarını ifa edən Stinq mərasimə rəngarənglik qatıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.