Keçmiş model və aktrisa Çağla Şikel övladları ilə birlikdə istirahətə yollanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meşədə çadır quraraq təbiət qoynunda istirahət edn model İnstaqramda foto paylaşıb.
Fotoda onu üzündəki şişkinlik izləyicilərin diqqətini cəlb edib. Onlar modelin plastik əməliyyat keçirdiyini zənn ediblər. Ancaq Çağla heç bir əməliyyat etdirmədiyini, yol və meşə havası səbəbilə üzünün şişdiyini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.