banner
banner

Hərbİ

MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır

MN: İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır

İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “geniş miqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “geniş miqyaslı” təlim kimi təqdim etməyə çalışır.

Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə olaraq təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.