Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadidin "İnstaqram"da paylaşdığı foto ərəblərin qəzəbinə səbəb olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, hava limanında ayaqlarını üzərində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bayrağı olan təyyarələrə doğru uzatdığı yerdə çəkilən fotosunu İnstaqram hesabında paylaşıb.
Sosial media iştirakçıları modeli hörmətsizlikdə və irqçilikdə ittiham ediblər. Bundan sonra model həm "Tvitter" həm də "İnstaqram" hesabında izləyicilərdən üzr istəyib.
Müsəlman olduğunu söyləyən model bu hərəkətini "səhv" adlandırıb.
"Ailəmin və dünyanın hər yerində olan bacı-qardaşlarımın müsəlman və ərəb yönünü çox sevirəm. Onlara həqarət etdiyimi düşünən hər kəsdən, xüsusilə də, Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən üzr istəyirəm" deyə, o, paylaşımda yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.