banner
banner

Hərbİ

Azərbaycan Ordusunda dini təbliğat qadağası ilə bağlı yayılan məlumatlara Komitədən RƏSMİ

Azərbaycan Ordusunda dini təbliğat qadağası ilə bağlı yayılan məlumatlara Komitədən RƏSMİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov orduda dini təbliğatın qadağan olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, komitə sədrinin müavini bildirib ki, orduda hansısa dini baxımdan qadağanın olduğunu deyirlər: "Həmin insanlara bir cavabım var. Şuşada, Ağdamda məscid var idi. Bu gün həmin məscidlər fəaliyyət göstərmir, dağıdılıb və ya orada təhqiramiz şəkildə müsəlman inancına zidd olan heyvan saxlanılır. Bərdə, Tərtər, Kürdəmir, Şirvan, Bakıda məscidlər var, ermənilər təbii ki bu əraziləri tutmaq istəyərlər. Bunu edə bilməmələrinin səbəbi isə Azərbaycan Silahlı Qüvvələrinin olmasıdır".

G.İsmayılov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri təkcə ərazi bütövlüyünü qorumur, eləcə də də Cənubi Qafqazda islam dininin qarantıdır:

"Onlar olmasa, məscidlərimiz, ibadət evlərimiz də Şuşa məscidinin aqibətini yaşaya bilər. İşğal altında olan alban kilsələri qriqoryanlaşdırıldığı kimi, digər yerlərdə olan məbədlər də buna məruz qala bilər. Bunu edə bilməmələrinin səbəbi isə Azərbaycan əsgəridir. Azərbaycan əsgəri bu torpaqlarda dini tolerantlığın, multikultralizmin qarantıdır. Azərbaycan əsgərinə din adı altında hansısa ləkə yaxmaq böhtandır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.