Airbus A-320 sərnişin təyyarəsini qəsdən qəzaya uğratdığı bildirilən ikinci pilot Andreas Lyubiçin törətdiyi dəhşət barədə yeni faktlar ortaya çıxıb. Cia.az-ın məlumatına görə, Andreas Lyubiçin etdiyi əməl eyni bənzərliklə bir kinoda yer alıb. Belə ki, məşhur İspan rejissor Pedro Almodovarın çəkdiyi, ən yaxşı xarici film kimi "Oscar"a namizəd göstərilən Damian Szifronun 6 hissədən ibarət olan "Wild Tales" (Vəhşi Nağıllar) adlı filminin ilk hissəsində "Pasternak" 150 sərnişinlə təyyarəni Alp dağlarında qəsdən qəzaya salır. Filmdəki hadisələrin real həyatda baş verməsi təsadüf sayılmır.
Ehtimal olunur ki, Andreas Lyubiç məhz bu filmdən bəhrələnib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.