Suriya dövlət başçısı Amerika Birləşmiş Ştatlarını və Səudiyyə Ərəbistanını ittiham etdi. Suriya prezidenti Bəşər Əsəd bu barədə Amerikanın “CBS” televiziyasına müsahibəsi zamanı danışıb. B.Əsəd ABŞ-ın rəhbərliyi ilə ölkəsində həyata keçirilən anti-İŞİD koalisiyası hücumlarından söz açıb. O, müəyyən mənada koalisiyanın yararı olduğunu bildirsə də, ümumən bu kampaniyanın başlamasından bəri İŞİD-in də sıralarına qoşulanların artdığını deyib. Onun sözlərinə görə, hər ay Suriyadan terror qruplaşmasına minlərlə adam qatılır. İraq və Liviyaya da şaxələnir.
Müsahibə əsnasında Səudiyyə Ərəbistanını suçlayan Əsəd, İŞİD-in Səud krallığının vəhhabi ideologiyasına əsasən fəaliyyət göstərdiyinə də diqqət çəkib.
Bundan başqa o, bi neçə gün əvvəl ABŞ-la dialoqa hazır olmaq barədə söylədiyi fikri yenidən təkrarlayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.