banner
banner

Dünya

Ərdoğan İŞİD-i bıçağa bənzətdi

Ərdoğan İŞİD-i bıçağa bənzətdi

İŞİD internetdən bir bıçaq kimi istifadə edir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latviya Universitetində çıxışı zamanı deyib. Ərdoğan gəncləri sosial media ilə kifayətlənməməyə, oradakı oyunlara gəlməməyə çağırıb.

"BMT-nin Təhlükəsizlik Şurasının son iclasında internet məsələsinin nəzərdən keçirilməsi müzakirə edilib. Bilirsiz niyə? İŞİD internetdən çox mükəmməl şəkildə istifadə etdiyi və bununla həm ictimaiyyəti terrorizmə sövq etdiyi, həm də öz təbliğatını ən ideal şəkildə həyata keçirə bildiyi üçün. Mən burada da bir bənzətmə işlədirəm. İnternet eynilə bıçaq kimidir. Əgər qatilin əlindədirsə, insan öldürər, əgər həkimin əlindədirsə, həyat qurtarar. Məsələ budur. Ona görə də İŞİD bir terror təşkilatı olaraq, internetdən insanları öldürdüyü bıçaq kimi istifadə edir", - Rəcəb Tayyib Ərdoğan belə deyib.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.