İngiltərənin Qloster şəhərində İslam Dövləti (İŞİD) tərəfindən buraxılmış “başkəsmə” fotolarını nümayiş etdirən ekspozisiya açılıb.
CİA.Az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, keçmiş Litltledan həbsxanasının binasında yerləşən “Bütün Zamanların Cinayətləri” muzeyində (Crime Through Time Museum) nümayiş etdirilən ekspozisiya ictimaiyyət tərəfindən birmənalı qarşılanmır, lakin sərginin təşkilatçıları bildiriblər ki, onlar yalnız artıq internetdə olan materiallardan istifadə ediblər. Muzeyin sahibi Andy Jones həmçinin deyib ki, muzey çox qadağalı və ağrılı materialı nümayiş etdirməklə başqa heç bir turist şirkətinin etməyəcəyi işi görür. O etiraf edib ki, bu, çox ziddiyyətli bir sərgidir və uşaqların bura gətirilməsi tövsiyə edilmir. Muzey sahibinin sözlərinə görə, ictimaiyyət əksinə, öz qəzəbini belə fotoların internetdə olmasına yol verən hökumətlərə yönəltməlidir. Qlosterşir əyalətinin polis idarəsi sərgi ilə bağlı heç bir yazılı şikayət almadığını bildirib. Xəbər verilir ki, bu muzeydə həmçinin nasistlərə və Ku Klux Klana aid əşyalar da nümayiş etdirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.