Rusiyada müxalif siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən beş nəfərin işi sifariş qətl kimi araşdırılır.
ANS PRESS-in məlumatına görə, bu barədə Moskva şəhər məhkəməsinin müstəntiqləri bildiriblər. İndiyədək müstəntiqlər qətlin sifariş olduğunu istisna edirdilər. Belə hesab olunurdu ki, Nemtsovun qətlində ittiham olunanlar, bu aktı siyasətçinin Məhəmməd (s.) peyğəmbərin karikaturalarını dərc etmiş “Charlie Hebdo” jurnalının müdafiəsinə qalxdığı üçün qisas olaraq törədiblər. Xatırladaq ki, prezident Vladimir Putinə qarşı sərt çıxışları ilə fərqlənən Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində qətlə yetirilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.