İraqın rəsmi şəxsləri ilə danışıqlar aparmaq məqsədilə Bağdada səfər edən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi regional problemlərdən söz açıb.
ANS PRESS-in məlumatına görə, BMT-nin baş katibi ban Ki Mun İraqın baş naziri Heydər əl-Abadi və digər yerli hökumət nümayəndələri ilə görüş keçirib. İraqın baş nazirlik binasında baş tutan görüşdən sonra ortaq mətbuat toplantısı keçirilib. əl-Abadi hökumət qüvvələrinin İŞİD terror qruplaşması ilə mübarizəsindən danışarkən, Tiqrit şəhərinin yaxın zamanlarada terrorçulardan təmizlənəcəyini, daha sonra isə Ənbar və Mosul torpaqlarının zadlığı üçün vuruşulacağını bildirib. Baş nazir İbadini və toplantı iştirakçılarını ərəbcə salamlayan BMT baş katibi görüşün məhsuldar olacağını dilə gətirib. “BMT olaraq İraqdakı sülh və əminamanlığın bərpa edilməsi yolunda dəstəyimizi davam etdirəcəyik. İraqın mədəni mirasını məhv edən həmin silahlıların vandallığını qəti şəkildə qınayıram” – deyə B.K.Mun çıxışında səsləndirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.