"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotosunu İnstaqram səhifəsində yayımlayıb.
Axşam.az-ın məlumatına görə, keçmiş müğənninin yerləşdirdiyi şəkildə həyat yoldaşı, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev, övladları İsgəndər və Aişə yer alıblar.
Safurə fotoya "Amma birinci ailədir" qısa şərhini yazıb.
Qeyd edək ki, Safurə ailə qurduqdan sonra müğənniliyi atıb və İstanbulda yaşayır. Bir neçə gün əvvəl onun üçüncü oğlu dünyaya gəlib. Cütlük körpəyə Natiq Əliyev adını qoyub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.