İngilis sənətçi Coss Stoun ziyarət üçün getdiyi İrandan qovulub.
Axşam.az xəbər verir ki, müğənninin ölkəyə girişinə icazə verilməyib və deportasiya edilib.
Coss İnstaqramda başıbağlı fotosunu paylaşaraq "İrana gəldik, nəzarətə alındıq, sonra da ölkədən çıxarıldıq. Ölkədə qadağa olduğu üçün bir xalq konserti verə bilməyəcəyimizin fərqində idik. Bir İran həbsxanasına girmək üçün ürəyim getmir. Getdiyim ölkələrin siyasətini dəyişdirməyi də düşünmürəm. İnsanları da təhlükəyə atmaq istəmirəm" sözlərini yazıb.
İranın Başra körfəzində yerləşən Kiş adasına getdiyini vurğulayan müğənni ora konsert üçün yox, ölkəni gəzmək üçün yollandığını söyləyib.
Stoun bildirib ki, nə qədər izah etməyə çalışsalar da, polislər onların ölkədə konsert verməyəcəyinə inanmayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.