banner
banner

Sağlamlıq

Kofe və çaydan gələn TƏHLÜKƏ: Gündə 3-4 fincandan çox içəndə...

Kofe və çaydan gələn TƏHLÜKƏ:

Artıq çay və kofe sümük əriməsinə səbəb olur. Yaş artdıqca sümüklərdə struktur dəyişikliyi yaranır, sümüklər kövrəkləşir. Bunu sürətləndirən bir sıra amillər də var. Bu sırada qidalanma faktorlarının da önəmli olduğu bildirilir. Mütəxəssislər hesab edir ki, normadan artıq çay və kofe içmək də bu riski artırır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, kofein də tütün və alkoqol kimi həzm sistemində kalsium mənimsənilməsinin azalmasına səbəb olur və böyrəklərin kalsiumu xaric etməsini sürətləndirir. Orqanizmdə kalsium miqdarı azalanda isə sümük formalaşması baş vermir. Son illərdə yaş artdıqca sümük əriməsinə (osteoporoz) geniş rast gəlinir və əsas problemlərdən biri kimi ortaya çıxır. Sümüklərdə ən yüngül travma nəticəsində və yaxud hər hansı travma olmadan belə, əmələ gələn sınıqlar da bunun əlaməti sayılır.

Ona görə də mütəxəssislər hesab edir ki, kofe və çay qəbulu azaldılmalıdır. Gündə 3-4 fincandan çox kofe içməmək, daha çox kofeinsiz qəhvə içmək tövsiyə olunur.

Qeyd olunur ki, sümük əriməsi təxminən 35 yaşdan sonra başlayır. Qadınlarda sümük əriməsi meonapauzadan sonra sürətlənir. Bu proses menopauzadan sonrakı ilk 5-7 il ərzində daha da irəliləyir.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.