49 yaşlı Meray Keri Amerikanın "Cosmopolitan" dərgisinin avqust buraxılışının qəhrəmanı olub.
Axşam.az xəbər verir ki, müğənni təkcə fotolar çəkdirməyib, həm də müsahibə verib. Şəxsi həyatından danışan Meray çox az sayda kişi ilə münasibətdə olduğunu söyləyib:
"Həyatımda indiyənə kimi cəmi 5 kişi olub. İnsanlar buna inanmayacaq, çünki onların düşündüyü rəqəb daha böyükdür. Başqa məşhurlarla müqayisədə bu çox azdır".
Keri iki dəfə rəsmi nikahda olub. Onun ikinci əri, musiqiçi Nik Kennondan əkizləri dünyaya gəlib. Üçüncü dəfə ərə getməyə hazırlaşan müğənni milyarder Ceyms Pekerlə nişanlı idi. Onlar nikah masasına oturmadan ayrılıb. İndi isə Meray 36 yaşlı rəqqas Brayn Tanako ilə sevgilidir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.