Türkiyəli sənətçilər Demet Özdemir və Can Yaman kirayə qaldıqları evdən çıxarılır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb bir müddətdir sevgili olan cütlüyün birgə yaşadıqları ev satışa çıxarılmasıdır.
Xəbəri eşidən Demet və Can aylıq 15 min lirə kirayə ödədikləri Boğaz mənzərəli həmin evi almaq istəyiblər. Lakin qiyməti eşidəndə geri çəkiliblər.
Qeyd edək ki, aktyorlar "Erkenci kuş" serialının çəkiliş meydanında tanış olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.