Rusiya Dövlət Dumasının Komitə sədri Leonid Slutski İrəvanda Azərbaycan əleyihnə heç bir söz söyləmədiyini, erməni KİV-lərinin onun adından uydurmalar yazdığını bildirib. Slutski bu barədə “Parlamentskaya qazeta”ya verdiyi müsahibəsində bildirib. “Mən belə sözlər deməmişəm”, - deyə bildirən deputat vurğulayıb ki, erməni mətbuatına yox, onun birbaşa çıxışına istinad edilməlidir. O, erməni mətbuatının yalan yazdığını vurğulayıb. Slutski həmçinin əmin edib ki, “həmişə Azərbaycan xalqının dostu olub, dostudur və dostu olacaq”. O həm də xatırladıb ki, Bakıda çıxış edən zaman deyib ki, “Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”. Erməni mətbuatı isə yazmışdı ki, Slutski İrəvanda Azərbaycanı silahlanmaya səbəb olduğu üçün tənqid edib. Bu isə Azərbaycan Xarici İşlər Nazirliyinin sərt etirazına səbəb olub. Məsələ erməni mətbuatında da əks səda verib. Erməni jurnalist Tevos Arşakyan erməni mətbuatının üzərinə ciddi bir ləkə düşdüyünü vurğulayır: “Əgər doğrusunu yazıbsınızsa, onda diktofonların və videokameraların yazılarını təqdim edin”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.