"Krımın birləşdirilməsi Rusiyaya 3-4 ilə 150-200 milyard dollara başa gələcək". Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin belə bir açıqlama verib. O, Vladimir Putinin prezident seçilməsinin 15 illiyi münasibətilə keçirilən dəyirmi masada həmçinin bildirib ki, Rusiya büdcəsi hər il Krıma 6-7 milyard dollar xərcləyəcək. "Rusiyanın əsas itkisi ikinci dərəcəli xərclərlə, xüsusilə də ölkədən kapital axını və qərbin sanksiyaları ilə bağlıdır", - deyə keçmiş nazir bildirib. Aleksey Kudrin çıxışı zamanı onu da bildirib ki, Putinin reytinqini iqtisadi islahatlar keçirmək üçün istifadə etmək lazımdır. "Əgər Putinin reytinqi islahatlar üçün istifadə edilməzsə, demək onun reytinqi reytinq xatirinə imiş", - deyə keçmiş maliyyə naziri əlavə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.