Axşam.az-ın məlumatına görə, sənətçi İnstaqram səhifəsində paylaşımlar etmək üçün bir reklam şirkəti ilə müqavilə bağlayıb. Amma sonradan şirkət istədiyi nəticəni ala bilmədiyini görüb. Onlar müqaviləni ləğv etmək qərarına gəliblər.
Ataizi bunun üçün qarşı tərəfdən 75 min lirə alıb. Onlar aktrisa ilə daha 5 layihə edəcəklərinə söz versələr də, geri çəkiliblər. İlk paylaşımın pulunu - 15 min lirəsini əvvəlcədən alan Ataizi 75 mini itirib.
434 min izləyicisi olan Ataizi bəyənmələrinin 6-10 min arası, şərhlərinin isə 100 olması reklamvericini qəzəbləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.