İsraildə uşaqlara daha çox verilən ad Məhəmməd olub
Ötən il İsraildə yeni doğulmuş oğlan uşaqlarına daha çox verilən ad Məhəmməd olub.
Trend-in məlumatına görə, bu barədə İsrailin Statistik bürosu xəbər yayıb. Məlumata görə, 2646 uşaq Məhəmməd adlandırılıb. İkinci yerdə isə təxminən 1,5 min sayla David adı gəlir. Sonrakı yeri Ariel (1,3 min) tutur.
Ötən il İsraildə doğulan yeni qız uşaqlarına isə daha çox Tamar adı verilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.