Əlahiddə Ümumqoşun Orduda artilleriya və minaatan bölmələri yoxlanılıb
Əlahiddə Ümumqoşun Orduda birinci eşelonda yerləşən artilleriya və minaatan bölmələri qəfil yoxlanılıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb.
Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkar olunmuş hədəfləri məhv ediblər.
Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.