Türkiyəli müğənni Seren Serengil əri Yaşar İpəklə boşanmağa qərar verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük sosial şəbəkədə bir-birlərini izləmədən çıxarıb və birlikdə çəkilən bütün fotoları siliblər. Onların boşanma səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, ötən ilin mayında evlənən Seren uşaq sahibi olmaq üçün müalicələrə başlamışdı. Daha əvvəl 3 dəfə övladını itirən sənətçi süni mayalanma ilə dördüncü dəfə hamilə qalıb. Həkimlər müğənniyə 3 ay boyunca əlil arabasında gəzməli və ən kiçik stresden belə uzaq durmalı olduğunu söyləyiblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.