Son günlər məşhurların boşanma xəbərləri gündəmdən düşmür. Bu dəfə isə müğənni Əmrahın arvadından ayrılması iddia edilib.
Axşam.az xəbər verir ki, Əmrah və həyat yoldaşı Sibel Kirerin ayrılıq qərarı aldığı bildirilib. İddiaya görə, Kirer 20 gündür Afyondakı ata evində qalır. Onlar boşanmaq üçün hətta məhkəməyə də müraciət edib.
Əmrahın meneceri isə iddiaları cavabsız qoyub, hətta yalan olduğunu deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.