Filippin prezidenti Rdoriqo Duterte 28 avqust - 1 sentyabr tarixlərində Çinə səfər edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çuninin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Çix Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Felippin Respublikasının prezidenti Rodriqo Duterte avqustun 28-dən sentyabrın 1-dək Çinə səfər edəcək".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.