Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları başlayıb
Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışlarına start verilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.
Yarışlarda hərbi qulluqçular həmçinin fərdi birincilik uğrunda da mübarizə aparacaqlar. Qeyd edək ki, ötən illərdəkindən fərqli olaraq yarışların daha effektiv təşkili və keçirilməsi məqsədilə beynəlxalq standartlara uyğun olaraq elektron çiplərdən istifadə ediləcək, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.