MARAQLI FAKT! Azərbaycanda əhalinin əksəriyyəti bu qan qrupuna aiddir
Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların çoxunun qanı 1 və 2-ci qruplardır.
Bunu Trend-ə Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, dünyada mənfi qan rezusuna malik olan insanların sayı daha az olur. İnsanların 85 faizi müsbət qan rezusuna malik olduğu halda, 15 faizinin qanı mənfi rezus olur: “3 və 4-cü qan qrupu olan insanların sayı azdır. Ona görə mənfi 3, mənfi 4 qan qrupları olan insanların sayı da az olur. 1 və 2-ci qan qrupuna malik olan insanların sayı daha çoxdur. Buna görə donorlar arasında 1 və 2-ci qrup insanların sayı daha çoxdur”.
Z.Əlimirzəyeva əlavə edib ki, mənfi və müsbət rezus qan qrupları keyfiyətinə görə fərqlənmirlər. Qanın mənfi və müsbət olması insanların sağlamlığında rol oynamır: “Sadəcə olaraq, bu, yalnız qan qanköçürmə zamanı əhəmiyyətlidir. Mənfi qan qrupunu müsbət qana köçürmək olar. Amma müsbət rezusu mənfi rezuslu qana vurmaq olmaz”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.