banner
banner

Gündəm

2 saylı “ASAN”da növbələr yaranıb - AÇIQLAMA

2 saylı “ASAN”da növbələr yaranıb - AÇIQLAMA

Bu gün 2 saylı “ASAN Kommunal” mərkəzində smart kart tipli sayğacların kartlarının verilməsi prosesində növbələr yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) Trend-ə verilən məlumata görə, bunu nəzərə alaraq İB-nin rəhbərliyi problemin operativ şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Beləliklə, bu gündən etibarən Bakı Regional Qazın Satışı Departamentinin bir qrup işçisi Mərdəkan, Maştağa və Xırdalan xidmət sahələrinə cəlb olunub və həmin yerlərdə fəaliyyət bərpa edilib. Hətta 2 saylı “ASAN Kommunal”dan uyğun istiqamətlər üzrə abonentlərin aparılması üçün nəqliyyat vasitələri də ayrılıb.

Xatırladaq ki, bu həftənin əvvəlindən “ASAN Səyyar” xidmətinin təşkili ilə bağlı Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində çalışan mühəndis heyəti 7 istiqamət üzrə rayonlara ezam olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.