Meksikanın Miqrasiya Xidməti Tabasko ştatında miqrantları daşıyan yük maşını saxlanılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ABŞ ilə sərhədə gedən yük mçaşınında 65-i uşaq olmaqla 173 qeyri-leqal miqrant aşkar edilib.
Bildirilri ki, saxlanılanlar arasında Qvatemala, Honduras, Salvador və Kuba vətəndaşları olub. Onların hamısı Tabasko ştatının miqrasiya xidmətinə aparılıb.
Yük maşınının sürücüsünə qarşı insan alveri ilə məşğul olma ittihamı irəli sürülə bilər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.