banner
banner

İdman

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə əldə edib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 81 kq çəkidə mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. M. Allahverdiyev rəqibinə 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.