Türkiyəli aktrisa və müğənnni Hülya Avşarın 30 ildir sirr kimi saxladığı xeyriyyəçiliyi üzə çıxıb.
Axşam.az xəbər verir ki, ifaçı müqavilə bağladığı hər firma və ya prodüserin qarşısına "2 gənc insan işlə təmin olacaq" şərti qoyurmuş. İfaçının sayəsində indiyədək 350-dən çox universitet məzunu olan gənc iş tapıb. Avşar bu təqdirəlayiq hərəkəti ilə pərəstişkarlarının qəlbini fəth edib.
Qeyd edək ki, müğənni bununla yanaşı hər il 30 tələbəyə təqaüd verir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.