banner
banner

Sağlamlıq

Badımcanın faydasını bilirdiniz?

Badımcanın faydasını bilirdiniz?

Badımcan ən faydalı tərəvəzdir. Lakin onun faydaları haqqında çox insan məlumatsızdır. Ürək və sinirlər üçün ən faydalı tərəvəzlərdən olan badımcanı həm soyutma, həm kabab, həm də qızartma etmək olar. Bu tərəvəzdən vitamin mnbəyi olan salatlar hazırlamaqla da yararlanmaq mümkündür. 
Badımcan əslində yay tərəvəi olsa da, hazırda onu istənilən fəsildə tapmaq olar. 

Cia.az badımcanın çoxlarının xəbərsiz olduğu faydalarını təqdim edir.
Nə üçün badımcan yeməliyik?
Badımcan həzm sistemini asanlaşdırır
Yüksək lif tərkibi sayəsində qəbzliyin qarşısını alır
Bağırsaqları yumşaldır
A, B1, B2, C vitaminləri ilə zəngindir. Tərkibi kalsium, kalium və dəmir mineralları ilə boldur. 
Xolestrolun səviyyəsini tənzimləyir. 
Qan təzyiqini normallaşdırır
Ürək xəstəliklərinin qarşısını almağa kömək edir
Arıqlamağa kömək edir.
Ayaqlarda və bud nayihələrində sellelüt yaranmasının qarşısını alır. 
Uzun müddət tox saxlayır
Revmatizm xəstəliklərinə faydalıdır. 
Dişləri gücləndirir
İmmuniteti gücləndirir
Tərkibində yüksək miqdarda su olduğu üçün dərinin nəmliyini qoruyur. Quru dəri və saçlar üçün faydalıdır
Xərçəng riskini azaldır
Beyinin fəaliyyətinə müsbət təsir edir
Şəkər xəstəlikləri üçün olduqca faydalı tərəvəzdir 
Güclü bir antioksidantdır
Amma bu faydası olan tərəvəzdən hamının istifadə edə biləcəyi mənasına gəlmir. Belə ki, bəzi xəstəlikləri olanlar həkim məsləhəti ilə badımcalar yesələr daha yaxşı olar. 
Xüsusilə böyrəklə bağlı problemi olanlar. Böyrək və ya öd kisəsindən problemi olanların sağlamlığna ziyan ola biləcək turşular var. 

Badımcan pəhriz saxlayanlar üçün ideal vasitədir. 100 qr. təzə badımcan cəmi 24 kaloridir. Bununla yanaşı 1,1 qr. protein, 5,5 qr. karbonhidrat, 0 xolesterol, 2 qr. yağ, 1 qr. lif, 37 mqr. fosfor, 15 mqr. kalsiyum; 1 mqr. dəmir, 1 mqr. natrium, 15 mqr. kalium, 0,05 mqr. B1 vitamini, 0,04 mqr. B2 vitamini, 0,05 mqr. B3 vitamini, 0,081 mqr. B6 vitamini və 5 mqr. C vitamini var. 







Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.