"Ağır matç oldu. Bilirdik ki, "Bakı" gənc futbolçulardan təşkil olunmuş komandadır.Oyuna pis başladıq. Rəqib daha çox presinq edirdi. Ancaq qol vurandan sonra işimiz asanlaşdı".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Nikolas Kanales Azərbaycan Premyer Liqasının 27-ci turunda "Bakı"ya 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra jurnalistlərə deyib.
Çilili hücumçu bildirib ki, daha ölkə çempionu çətindir:
"İkinci yer uğrunda oynayarıq. Bunda başqa, bütün diqqətimizi kuboka yönəltmişik. Azərbaycan kubokunun qalibi olmaq istəyirik.
Bu mövsümün sonu "Neftçi" ilə müqaviləsi başa çatacaq N.Kanales müqaviləni yeniləməklə bağlı klub nümayəndələri ilə danışıqlarının olmadığını vurğulayıb: "Hələlik bununla bağlı danışıqlar olmayıb"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.