Bir neçə il öncə "Muhteşem yüzyıl" serialında Sünbül ağa obrazını canlandıran aktyor Selim Bayraktar özünə ünvanlanan suallardan danışıb.
Axşam.az xəbər verir ki, aktyor başına gələnləri "İkinci sayfa" proqramında nəql edib.
O, "Yolda yanıma yaxınlaşıb "Siz həqiqətən xədim edilmisiniz", "Sizi çox sevirik, doğrudan xədimsiniz" kimi suallar verirdilər. Mən isə hər dəfəsində məəttəl qalıb, şok olurdum. "Bu sadəcə obrazdır" deyirdim" deyə, söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.