ABŞ Kubanın kommunist partiyasının mərkəzi komitəsinin birinci katibi Raul Kastro və ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edir.
Trend-in məlumatına görə, bu barədə dövlət departamentinin cümə axşamı yaydığı açıqlamada deyilir.
Qeyd edək ki, İdarədən bildiriblər ki Kastro "insan hüquqlarının kobud şəkildə pozulmasına görə" cəzalandırılır. Övladlarına da məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Dövlət departamentinin sanksiya siyahısındakı bütün şəxslərin ABŞ-a girməsinə qadağa qoyulub, məlumatda qeyd olunur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.